Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gültəkin Hacıbəyli qaynanasının pulunu verəcək - 85 min 

Gültəkin Hacıbəyli ilə keçmiş qaynanasının işində qərar verildi

Nəsimi Rayon Məhkəməsi sabiq deputat Gültəkin Hacıbəyli ilə keçmiş qaynanası Nəhayət Məmmədova arasında 6 ildir davam edən 50 min dollarlıq borc mübahisəsi ilə bağlı qərar verib.

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə Nəhayət Məmmədovanın iddiası təmin olunub. Qərara əsasən, Gültəkin Hacıbəyli keçmiş qaynanasına 85 min manat ödəməlidir.

Qeyd edək ki, Nəhayət Məmmədova iddiasında G.Hacıbəylinin Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzili təmir etmək adı ilə ondan 50 min dollar məbləğdə pul aldığını bildirib. Həmin mənzil Bakı şəhər İcra Hakimiyyəti tərəfindən deputata hədiyyə edilib.

Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Buna görə də Məmmədova keçmiş gəlinindən pulu tələb edib. Nəhayət Məmmədovanın şikayəti əsasında Gültəkin Hacıbəyliyə məxsus “Lexus LX 570” və “Toyota Avalon” markalı iki bahalı avtomobilinə, eləcə də mənzilinə həbs qoyulub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Arktikada strateji ərazi 323 milyon dollara satışa çıxarılıb

Türkiyə BMT Baş Assambleyasının Fələstinlə bağlı qərarını alqışlayıb

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Ən çox oxunanalar